Teymur Rəcəbov FİDE Qran-prisində növbəti qələbəsini qazanıb

Teymur Rəcəbov FİDE Qran-prisində növbəti qələbəsini qazanıb Azərbaycan qrossmeysteri çinli rəqbini məğlub edib
Hadisə
24 Noyabr , 2017 01:42
Teymur Rəcəbov FİDE Qran-prisində növbəti qələbəsini qazanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Teymur Rəcəbov cümə axşamı FİDE-nin Palma-de-Malyorka şəhərində (İspaniya) keçirilən son Qran-pri mərhələsinin 7-ci turunda qələbə qazanıb.

“Report” xəbər verir ki, şahmatçı Çindən olan rəqbi Li Çaonu 1:0 hesabı ilə məğlub edib.

Turun digər qarşılaşmalarının nəticələri:

Pyotr Svidler (Rusiya) - Xikaru Nakamura (ABŞ) - 0,5:0,5,

Din Lijen (Çin) – Aniş Qiri (Niderland) – 0,5:0,5,

Pavel Elyanov (Ukrayna) – Yon Lüdviq Hammer (Norveç) – 1:0,

Ernesto İnarkiyev (Rusiya) – Fransisko Valyexo (İspaniya) - 0,5:0,5,

Dmitri Yakovenko (Rusiya) – Pentala Xarikrişna (Hindistan) - 0,5:0,5,

Rixard Rapport (Macarıstan) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5,

Aleksandr Ryazantsev (Rusiya) – Boris Qelfand (İsrail) – 0:1,

Maksim Vaşye-Laqrav (Fransa) – Yevgeni Tomaşevski (Rusiya) - 0,5:0,5.

Doqquz turdan ibarət İspaniya mərhələsi noyabrın 25-dək davam edəcək.

Yeddi turdan sonra turnirə 4,5 xal ilə erməni şahmatçı Aronyan liderlik edir. Ardınca Vaşye-Laqrav, Tomaşevski, Svidler, Nakamura, Yakovenko, Xarikrişna, Din Lijen, Rapport (hamısı 4 xal), Rəcəbov, İnarkiyev, Elyanov, Qiri (hamısı 3,5), Valyexo (3), Li Çao, Ryazantsev, Qelfand (hamısı 2,5) və Hammer (2).

Qran-prinin yekununda iddiaçılar turnirinin iki iştirakçısı müəyyən ediləcək. Burada şahmat tacı uğrunda ötən matçda çıxış etmiş rusiyalı Sergey Karyakin, Dünya kubokunun qalibi Aronyan və onun finalçısı Din Lijen, həmçinin təşkilatçılar tərəfindən xüsusi dəvət almış rusiyalı şahmatçı Vladimir Kramnik gözləmə mövqeyindədir.

Qran-prinin ümumi hesabında azərbaycanlı Şəhriyar Məmmədyarov liderlik edir (340 xal), ikinci yerdə rusiyalı Aleksandr Qrişuk (336,4) qərarlaşıb. Hər iki şahmatçı Qran-prinin yekun mərhələsində iştirak etmir. İspaniya mərhələsinin iştirakçılarından iddiaçılar turnirinə ümumi hesabda üçüncü yeri tutmuş Rəcəbov və Vaşye-Laqrav (5) ümid edə bilər. Bunun üçün onlar ilk iki yerdən birini tutmalıdırlar.

Son xəbərlər

Orphus sistemi