Texniki Universitetin tələbəsini qətlə yetirən gəncə hökm oxunub

Texniki Universitetin tələbəsini qətlə yetirən gəncə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndiriən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
13 May , 2019 11:58
Texniki Universitetin tələbəsini qətlə yetirən gəncə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini qətlə yetirməkdə təqsirləndiriən Rauf Murğuzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.

Xatırladaq ki, qətlə yetirilən E.Xəlilov Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinin, hadisəni törədən R.Murğuzov isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi idi.

Son xəbərlər

Orphus sistemi