“Texnikabank”ın MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

“Texnikabank”ın MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb İş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb
Hadisə
6 Fevral , 2016 10:19
“Texnikabank”ın MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Xudafərin Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və Əliyev Sənan Sədi oğluna qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, “Texnikabank” ASC “Xudafərin Tikinti Quraşdırma” MMC və Əliyev Sənan Sədi oğlunu məhkəməyə verib. Suraxanı Rayon Məhkəməsinə müraciət edən bank kredit borcunun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan “Texnikabank” apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank”ın bank lisenziyası ləğv edilib.

Son xəbərlər

Orphus sistemi