Yuxarı

​“Texnikabank”ın Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası təmin edilməyib

Qərar qüvvədə saxlanılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Kəmalə Abiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci istansiya məhkəməsində icra hakimiyyətinin xeyrinə çıxarlan qərar qüvvədə saxlanılıb. Beləliklə, bankın iddiası təmin edilməyib.

Qeyd edək ki, örən il “Texnikabank” Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsini məhkəməyə verib. ASC bankın yazısının yerləşdirilməsinə icazə sənədinin alınması tələbi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin edilməsinin dayandırılması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Texnikabank” ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi