Təhsil Nazirliyi: Lerik rayonundakı hadisə ilə bağlı araşdırma aparırıq

Təhsil Nazirliyi: Lerik rayonundakı hadisə ilə bağlı araşdırma aparırıq "Araşdırmalardan sonra baş verən hadisəyə rəsmi münasibət bildirəcəyik"
Hadisə
2 Mart , 2016 12:46
Təhsil Nazirliyi: Lerik rayonundakı hadisə ilə bağlı araşdırma aparırıq

Bakı. 2 mart. REPORT.AZ/ "Lerik rayonunda məktəb direktorunun qonşusunu bıçaqlaması faktı  Təhsil Nazirliyi tərəfindən araşdırılır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

"Araşdırmalardan sonra baş verən hadisəyə rəsmi münasibət bildirəcəyik", - nazirlikdən deyilib.

Qeyd edək ki, Lerik rayonunda kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu qonşusu 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanovu bıçaqlayıb.

Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ ciyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

A.Rəhimov daha sonra qardaşının qəbri üstündə intihar edib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi