Yuxarı

​Təsadüfən Ermənistana keçən azərbaycanlının məhkəməsi keçiriləcək

Turqay Mikayılovu 3 ilədək həbs cəzası gözləyir

Bakı. 30 oktyabr. REPORT.AZ/ Noyabrın 2-də Ermənistanın Lori vilayətinin ümumi məhkəməsində milliyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı, Faxralı kənd sakini Turqay Mikayılovun işi üzrə məhkəmə başlayacaq. 

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb.

T.Mikayılov iyulun 23-də təqribən 21:00 radələrində düşmən ölkənin Lori vilayətinin Dzünaşox kəndi ərazisində təsadüfən Ermənistan-Gürcüstan sərhədini keçib. O, Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb.

35 yaşlı azərbaycanlıya qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi üzrə (Sərhədi qanunsuz keçmə) ittiham irəli sürülüb. Bu maddəyə görə, həmyerlimizi 100 min erməni dramı (Təqribən 212 ABŞ dolları) məbləğində cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi