​Tərtərin Qaraqoyunlu kəndində ev yanıb

​Tərtərin Qaraqoyunlu kəndində ev yanıb Ev sahibinə maddi ziyan dəyib
Hadisə
3 May , 2015 22:20
​Tərtərin Qaraqoyunlu kəndində ev yanıb

Bakı. 3 may. REPORT.AZ/ Bu gün axşam saatlarında Tərtər rayonunun Qaraqoyunlu kəndində vətəndaşa məxsus birmərtəbəli evdə yanğın qeydə alınıb.

"Report" xəbər verir ki, nəticədə 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 20 kv.m sahədə yanıb.

Yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi