Bakı. 30 Avqust. REPORT.AZ/ Tərtərin təmas xəttinə yaxın yaşayış məntəqələri çəyirtkə sürülərinin hücumuna məruz qalıb.
"Report" xəbər verir ki, rayonun Şıxarx və Həsənqaya kəndləri istiqamətindəki istifadəsiz torpaq sahələrində zərərvericilərin artımı müşahidə olunur.
Hazırda ziyanvericiləri ən çox qanqal basmış sahələrdə görmək olar. Yerli sakinlərin sözlərinə görə, sürətlə çoxalan bu ziyanvericilər yaşıl bitki növləri ilə yanaşı, peyin və digər müxtəlif tullantılarla da qidalana bilirlər. Onların fəallığı günəş şüalarının yayılmasından asılıdır. Günəş şüaları istiqamətində hərəkət edən ziyanvericilər, orta hesabla günün birinci yarısında 3 km. uzunluğunda yaşıllıq örtüyünü məhv edə bilirlər. Günün ikinci yarısında isə sabaha hazırlıq məqsədilə 1 km geri qayıdırlar.

