Tərtərin cəbhə xəttində yerləşən kəndlərində mühafizə divarları çəkilir

Tərtərin cəbhə xəttində yerləşən kəndlərində mühafizə divarları çəkilir İşlərin qısa zamanda başa çatması üçün inşaata xeyli işçi qüvvəsi cəlb edilib
Hadisə
1 İyul , 2015 17:50
Tərtərin cəbhə xəttində yerləşən kəndlərində mühafizə divarları çəkilir

Bakı. 1 iyul. REPORT.AZ/ Tərtər rayonunun Yuxarı Qapanlı və Yuxarı Qaradağlı kəndlərinin bir hissəsi erməni silahlı bölmələrinin mövqelərinə yaxın ərazidə yerləşir. "Report" xəbər verir ki, bu kəndlərdə yaşayan insanları erməni gülləsindən qorumaq üçün mühafizə divarları tikilir.  

Xüsusi təhlükəli ərazidə yerləşən bir neçə evin qarşısında mühafizə divarları tikilir. Divarlar evlərin hündürlüyü səviyyəsindədir.

İşlərin qısa zamanda başa çatdırılması üçün inşaata xeyli işçi qüvvəsi cəlb edilib. Bu divarlar təhlükənin qarşısını alaraq insanların rahat və təhlükəsiz hərəkət etməsinə şərait yaradır.

Cəbhə xəttində yerləşən kənd sakinlərinin sözlərinə görə, düşmən ordusunun atdığı mərmilər bu günə qədər pəncərədən içəri daxil olurdu. Lakin indi atılan mərmi yeni çəkilən mühafizə divarına dəyir. Sakinlər həm də bildirirlər ki, ermənilərin onları hədəf seçməsinə baxmayaraq, burada yaşamaq əzmlərini qıra bilməyəcəklər. 

Son xəbərlər

Orphus sistemi