Tərtərin Büləvətli meşəsində qanunsuz at kəsimi faktı aşkarlanıb

Tərtərin Büləvətli meşəsində qanunsuz at kəsimi faktı aşkarlanıb Ətin bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib
Hadisə
4 İyul , 2016 18:35
Tərtərin Büləvətli meşəsində qanunsuz at kəsimi faktı aşkarlanıb

Bakı. 4 iyul. REPORT.AZ/ İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçivəsində iyulun 4-ü saat 13:00-14:00 radələrində Tərtər Rayon Polis Şöbəsi əməkdaşları rayonun Büləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda çəkisi 150 kq olan iki baş kəsilmiş at cəmdəyi aşkarlayıblar. 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX)  "Report"a daxil olan məlumatda deyilir.

Bildirilib ki, DBNX-nin Tərtər Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri rayonun Büləvətli meşəsində aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti diqqətə çatdırır ki, laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək. İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi