Tərtərdə yeznəsini odlu silahla hədələyən şəxs saxlanılıb

Tərtərdə yeznəsini odlu silahla hədələyən şəxs saxlanılıb
Hadisə
21 Mart , 2019 19:15
Tərtərdə yeznəsini odlu silahla hədələyən şəxs saxlanılıb

Kəlbəcər sakini Tərtər rayonunda yeznəsini odlu silahla hədələyib.

"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, Kəlbəcər rayon sakini Vahid Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtərin Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya bir neçə dəfə atəş açıb

Hadisədən xəbər tutan Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirib. V.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan "Françi" markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Tərtərdə qadının bank hesabından 3416 manat çıxararaq oğurlayan şəxslər saxlanılıb.