Yuxarı

​Tərtərdə yerli sakin həmkəndliləri tərəfindən döyülüb

Yaşar Hüseynovun vəziyyəti orta ağırdır

Bakı. 8 oktyabr. REPORT.AZ/ Tərtərdə yerli sakinlər arasında dava baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Kənd sakini 27 yaşlı Hüseynov Rəşad Yaşar oğlu bir qrup həmkəndlisi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan kənd sakini Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta ağırdır.

Faktla bağlı Tərtər rayon Polis şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi