Tərtərdə top mərmisi aşkarlanıb - FOTO

Tərtərdə top mərmisi aşkarlanıb - FOTO Bakı. 13 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Hacıqərvənd ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Hadisə
13 İyun , 2018 21:49
Tərtərdə top mərmisi aşkarlanıb - FOTO

Bakı. 13 iyun. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Hacıqərvənd ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

"Report" ANAMA-ya əsasən xəbər verir ki, məlumata əsasən gentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi