Tərtərdə qadını ilan sancıb

Tərtərdə qadını ilan sancıb 46 yaşlı Günəş Məmmədovaya zəhər əleyhinə zərdab vurulub
Hadisə
19 İyul , 2015 13:48
Tərtərdə qadını ilan sancıb

Bakı. 19 iyul. REPORT.AZ/ Tərtər rayonunda ilan sancma hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Əksipara kəndi ərazisində müvvəqəti məskunlaşan Laçın rayon sakini 46 yaşlı Günəş Məmmədovanı ilan sancıb.

Qadın ətrafdakıların köməkliyi ilə Tərtər rayon Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Yaralıya zəhər əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Son xəbərlər

Orphus sistemi