Tərtərdə qadını cərəyan vuraraq öldürüb

Tərtərdə qadını cərəyan vuraraq öldürüb Aidə Qaraşova elektrik cihazını cərəyana qoşarkən ehtiyatsızlıq edib
Hadisə
20 Dekabr , 2015 00:20
Tərtərdə qadını cərəyan vuraraq öldürüb

Bakı. 20 dekabr. REPORT.AZ/ Ötən gün Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, yerli sakin Aidə Qaraşova yaşadığı evdə elektrik cihazını cərəyana qoşarkən ehtiyatsızlıq edib.

Nəticədə 46 yaşlı qadını cərəyan vurub. Yaxınları zərərçəkəni xəstəxanaya çatdırsalar da, o həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi