Tərtərdə qadın ehtiyatsızlıqdan tüfənglə qolunu yaralayıb

Tərtərdə qadın ehtiyatsızlıqdan tüfənglə qolunu yaralayıb Tərtərdə qadın pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində qolundan xəsarət alıb.
Hadisə
28 oktyabr 2019 09:04
Tərtərdə qadın ehtiyatsızlıqdan tüfənglə qolunu yaralayıb

Tərtərdə qadın pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində qolundan xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 27-də Tərtər rayon sakini olan bir qadının Bəyimsarov kəndindəki evinin həyətində pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən qol nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən “Kralsal-15” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi