Tərtərdə polisi öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Tərtərdə polisi öldürmək istəyən şəxsin məhkəməsi başlayır Tərtərdə qardaşını və polis mayoru bıçaqlamaqda təqsirləndirlən Seyhan Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
21 İyul , 2020 11:31
Tərtərdə polisi öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Tərtərdə qardaşını və polis mayorunu bıçaqlamaqda təqsirləndirlən Seyhan Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il dekabrın 26-ı saat 19 radələrində Burunc kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Mürşüd oğlu Nəcəfov sərxoş qardaşı Arif Nəcəfovla mübahisə edib.

Məlumatı dəqiqləşdirmək üçün əraziyə gələn polis mayoru Elçin İslam oğlu Aslanov bıçaqlanıb. O, polisə 5 bıçaq zərbəsi vurub və onu xidmət başında öldürməyə cəhd edib.

S.Nəcəfova  Cinayət Məcəlləsinin 29, 120,2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. 
 

Son xəbərlər

Orphus sistemi