Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada ölüb

Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada ölüb Tərtər. 11 dekabr. REPORT.AZ/ Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən ikincisi də keçinib.
Hadisə
11 Dekabr , 2018 21:28
Tərtərdə partlayış zamanı yaralananlardan ikincisi də xəstəxanada ölüb

Tərtər. 11 dekabr. REPORT.AZ/ Noyabrın 29-da Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən ikincisi də keçinib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Seymur Rzayev Bakıda müalicə aldığı Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Onun müalicəsi xəstəxanada bir neçə gün davam etsə də, həkimlər həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi