Tərtərdə partlamamış hərbi sursat aşkar edilib

Tərtərdə partlamamış hərbi sursat aşkar edilib Ağcabədidə partlamış top mərmisinin qalıqları aşkarlanıb
Hadisə
6 Avqust , 2016 16:37
Tərtərdə partlamamış hərbi sursat aşkar edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Ağcabədi rayonunda partlamış top mərmisinin qalıqları, Tərtərdə isə partlamamış hərbi sursat aşkar edilib.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb, ərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı avqustun 8-də davam etdiriləcək.

Eyni zamanda, Tərtər rayonunun Şıxarx kəndində 2 otlaq sahəsində 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi, OF-540) aşkar edilərək götürülüb, nəticə olaraq 1 000 kv.m ərazi yoxlanılıb. Ərazidə qazıntı işlərinin aparılması zəruriyyəti yarandığına görə təmizləmə əməliyyatı avqustun 8-də davam etdiriləcək.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən avqustun 6-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi