Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

Tərtərdə oğurluq edən şəxslər saxlanılıb Bakı. 26 yanvar. REPORT.AZ/ Tərtər rayonunda bir qrup sakin müxtəlif vaxtlarda rayon Polis şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus evdən və mağazadan oğurluq olunması barədə məlumat verib.
Hadisə
26 Yanvar , 2019 17:15
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Tərtər rayonunda bir qrup sakin müxtəlif vaxtlarda rayon Polis şöbəsinə (RPŞ) müraciət edərək onlara məxsus evdən və mağazadan oğurluq olunması barədə məlumat verib.

DİN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Davam etdirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri - Cavidan Bədəlov və bir yeniyetmə saxlanılıb. Araşdırmalarla onların qabaqcadan əlbir olaraq Mübariz Əhmədova məxsus evdən, ümumilikdə, 642 manat dəyərində ev əşyalarını və Çingiz Hüseynova məxsus mağazadan isə 650 manat dəyərində pul, siqaret və kontur oğurladığı müəyyən edilib.

Dindirilmə zamanı onlar törətdiyi oğurluq əməlini etiraf edib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi