Tərtərdə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

Tərtərdə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hadisə
21 Aprel , 2021 10:53
Tərtərdə keçmiş arvadını öldürən şəxsin məhkəməsi başlayır

Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə "Report"a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2020-ci il sentyabrın 6-da rayonun Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi