Tərtərdə karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edilib

Tərtərdə karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edilib Kafenin icarədarı Habil Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıqlar olunub.
Hadisə
15 Yanvar , 2021 12:47
Tərtərdə karantin rejiminə zidd fəaliyyət göstərən kafe aşkar edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Kafenin icarədarı Habil Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıqlar olunub.

Son xəbərlər

Orphus sistemi