Tərtərdə işlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO

Tərtərdə işlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO O, mənzildən 3 min manat dəyərində qızıl-zinət əşyaları aparıb
Hadisə
13 Aprel , 2018 01:28
Tərtərdə işlədiyi evdən oğurluq edən fəhlə tutulub - FOTO
Report

Tərtər. 13 aprel. REPORT.AZ/ Tərtər rayonunda oğurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ bürosuna verilən məlumata görə, Tərtər rayon Hüləbətli kənd sakini Rübabə Cəlilova rayon Polis şöbəsinə müraciət edərək evindən ümumi dəyəri 3 min manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Bununla əlaqədar Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Aparılan axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar zamanı onun ev sahibinin həmkəndlisi Yusif Əsgərov olduğu məlum olub. Dindirilmə zamanı o, oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Y.Əsgərov oğurluğu evdə fəhlə kimi işlədiyi zaman etdiyini bildirib.

Faktla bağlı Tərtər RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi