Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində elektrik cərəyanı vuran uşaq xəstəxanada ölüb.
"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə valideynləri tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
*** 08:23
Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Tərtər Rayon Prokurorluğundan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.