Tərtər rayonunda yol qəzası baş verib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobildə olan sərnişinlər xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


