Tərtərdə iki maşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb

Tərtərdə iki maşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb Yaralıların vəziyyəti ağırdır
Hadisə
18 Oktyabr , 2017 00:59
Tərtərdə iki maşının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb
Report

Tərtər. 18 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində biri yeniyetmə olmaqla 2 nəfər xəsarət alıb.

Rayonun Seyidimli kənd sakini Novruzov Humbət Həsən oğlunun idarə etdiyi "Oka" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-2106" markalı maşln ilə toqquşub.

Nəticədə "Oka"nın 46 yaşlı sürücüsü, Qarabağ əlili Mürvət Novruzov və digər avtomobildə olan 15 yaşlı Kəlbəcər rayon sakini Əmrahzadə Ceyhun Müşfiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar ilk olaraq Tərtər rayon xəstəxanasına, daha sonra isə vəziyyətləri ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Tərtər rayon polisi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi