Tərtərdə iki maşın toqquşub, iki nəfər yaralanıb

Tərtərdə iki maşın toqquşub, iki nəfər yaralanıb Yaralılardan birinin vəziyyəti ağırdır
Hadisə
30 Avqust , 2015 14:03
Tərtərdə iki maşın toqquşub, iki nəfər yaralanıb

Bakı. 30 Avqust. REPORT.AZ/ Tərtər rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Tərtərin dördyol ərazisi yaxınlığında, bu rayondan Bərdə istiqamətində gedən yolda qeydə alınıb.

Qəza "Hyundai" və “Mercedes” markalı minik maşınlarının toqquşması nəticəsində baş verib. Hadisəyə “Mercedes” sahibinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Qəza zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrdən biri Reanimasiya, digəri isə Travmatologiya şöbəsinə yerləşdirilib. Hələlik onların şəxisyyətini bilinmir.

Həkimlərin sözlərinə görə, Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi