Bakı. 29 May. REPORT.AZ/ Güclü külək Tərtərin kəndlərində ciddi ziyan vurub. "Report"un xəbərinə görə, külək rayonun Təzəkənd kəndində evlərin dam örütüyünü dağıdıb iri gövdəli ağacları və elektrik dirəklərini aşırdıb . Elektrik və telefon komunikasiya xətlərini sıradan çıxıb. Nəticədə kəndə verilən elektik enerjisi dayandırlıb.
Tərtər rayon icra başcısının birinci müavini Ramiz Şabanovun verdiyi məlumata görə, külək 13 fərdi yaşayış evi və inzibati binaların dam örtüyünü dağıdıb.
Hazırda rayon paylayıcı elektik şəbəkəsinin əməkdaşları kəndə təmir və bərpa işləri aparırır. Hələlik dəyən ziyanın miqdarı dəqiq müəyyənləşməyib.