Yuxarı

Tərtərdə fərdi yaşayış evi tamamilə yanıb - FOTO

Tərtərdə fərdi yaşayış evi tamamilə yanıb - FOTO
Hadisəyə elektirik naqillərində qısaqapanmanın baş verməsi səbəb olub

Tərtər. 26 oktyabr. REPORT.AZ/ Tərtərdə rayonunda yanğın hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Sarıcalı kəndində Zabil Qasımova məxsus iki otaq, bir mətbəxdən ibarət fərdi yaşayış evi bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlər yanğının böyüyərək qonşu evlərə keçməsinin qarşısını alıblar. 

Hazırda Bakı şəhərində yaşayan ev sahibinin sözlərinə görə, yanğın zamanı mənzildə 2 000 manat nağd pulu, qızıl-zinət əşyaları və sənədləri də yanıb.

Məlumata görə, hadisəyə elektirik naqillərində qısaqapanmanın baş verməsi səbəb olub. 

Qeyd edək ki, evdə Z.Qasımovun bacısı oğlu, Ağdam rayonundan məcburi köckün olan Murov Əliyev 4 nəfərdən ibarət ailəsi ilə birlikdə müvvəqəti məskunlaşıbmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi