Tərtərdə evdə yığıncaq təşkil edən şəxslər müəyyən edildi

Tərtərdə evdə yığıncaq təşkil edən şəxslər müəyyən edildi Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Hadisə
15 Mart , 2021 11:33
Tərtərdə evdə yığıncaq təşkil edən şəxslər müəyyən edildi

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kəndində yerləşən fərdi yaşayış evində karantin qaydalarına zidd olaraq yığıncaq təşkil edən şəxslər müəyyən edilib.

Yığıncağın təşkilatçısı da daxil olmaqla, ümumilikdə, 4 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Son xəbərlər

Orphus sistemi