​Tərtərdə ermənilərin atdığı mərminin partlaması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi qaldırılıb

​Tərtərdə ermənilərin atdığı mərminin partlaması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi qaldırılıb İstintaq aparılır
Hadisə
5 Aprel , 2016 11:45
​Tərtərdə ermənilərin atdığı mərminin partlaması nəticəsində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi qaldırılıb

Bakı. 5 aprel. REPORT.AZ/ Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb.

Tərtər rayon prokurorluğu və Polis Şöbəsinin “Report”a daxil olan birgə məlumatında bildirilib ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci il təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi