Yuxarı

Tərtərdə çətənə bitkisi yetişdirən keçmiş məhkum saxlanılıb

Tərtərdə çətənə bitkisi yetişdirən keçmiş məhkum saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları 13 ədəd çətənə kolu aşkar edib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Tərtər şəhər sakini, əvvəllər məhkumluğu olan Seymur Əliyev saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 13 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi