Yuxarı

Tərtərdə canavar qoyunları parcaladı

Hadisə rayonun Əksipara kəndində baş verib

Bakı. 26 iyul. REPORT.AZ/ Tərtər rayonunda canavarlar qoyun sürüsünə hücüm edib. "Report"un məlumatına görə, hadisə rayonun Əksipara kəndində məcburi köckünlərin məskunlaşdığı quşculuq fermasında baş verib.

Otlaq sahəsdinə olan xırda buynuzlu heyvanlara bir necə canavar hücüm edib. Nəticədə Laçın rayonundan məcburi köçkün olan Elgiz Hüseynova məxsus 8 baş heyvan öldürülüb, bir necəsini isə yaralanıb.

Heyvanlar qorxudan pərən pərən düşüb. Hazırda təsərrufat sahibləri itmiş heyvanları axtarır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi