Tərtərdə avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

Tərtərdə avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanıldı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.
Hadisə
19 Fevral , 2021 11:34
Tərtərdə avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, fevral ayının 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub.

Hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi