Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB

Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB Tərtər rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə
1 Aprel , 2019 13:26
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb - FOTO - YENİLƏNİB
0 : 00
0 : 00

Tərtər rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 

Belə ki, Tərtər şəhər sakini Cabir Səfərovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçmək istəyən həmyerlisi Vüqar Məmmədovu vurub. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.


*** 10:41

Tərtər rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nİzami küçəsi ərazisində qeydə alınıb.

Belə ki, “QAZ-3110” markalı avtomobil yolu  keçmək istəyən yerli sakini vurub.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi