Tərtərdə avtomobil kanala düşüb, 1 ailənin 6 üzvü ağır yaralanıb

Tərtərdə avtomobil kanala düşüb, 1 ailənin 6 üzvü ağır yaralanıb Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb
Hadisə
30 Avqust , 2016 14:07
Tərtərdə avtomobil kanala düşüb, 1 ailənin 6 üzvü ağır yaralanıb

Tərtər. 30 avqust. REPORT.AZ/ Tərtər rayonunda 6 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-21011” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi