Tərtərdə yol qəzasında xəsarət alan şəxs Bakıya gətirildi

Tərtərdə yol qəzasında xəsarət alan şəxs Bakıya gətirildi Tərtər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
26 Fevral , 2021 00:12
Tərtərdə yol qəzasında xəsarət alan şəxs Bakıya gətirildi

Tərtər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Minik avtomobilinin aşması zamanı sərnişin, 1991-ci il təvəllüdlü Quliyev Cahid Hüseyn oğlu müxtəlif xəsarətlər alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona döş fəqərələrinin sınığı diaqnozu qoyulub. Lakin C.Quliyevin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Yaralı cərrahi əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi