Tərtərdə avtomobil aşıb, ölən və yaralanan var

Tərtərdə avtomobil aşıb, ölən və yaralanan var Bakı. 3 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda yol qəzası baş verib.
Hadisə
3 Sentyabr , 2018 13:26
Tərtərdə avtomobil aşıb, ölən və yaralanan var

Bakı. 3 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda yol qəzası baş verib. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Bayandurlu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, sentyabrın 1-də Qazax rayon sakini Elman İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə E.İsrafilovun sərnişini, Göygöl rayon sakini Fərzəli Qasımov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Tərtər rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi