Tərtərdə 8 kəndin subartezian quyularından elektrik kabelləri oğurlanıb

Tərtərdə 8 kəndin subartezian quyularından elektrik kabelləri oğurlanıb Faktla bağlı araşdırmalar davam edir
Hadisə
31 Yanvar , 2017 11:24
Tərtərdə 8 kəndin subartezian quyularından elektrik kabelləri oğurlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Tərtər rayonunda 3 subartezian quyusundan elektrik kabelləri kəsilərək oğurlanıb. 

"Report" xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib.

Belə ki, Rayon Mexaniki Suvarma İdarəsinə məxsus 3 subartezian quyularından müvafiq olaraq 17, 55 və 30 metr elektrik kabelləri kəsilərək oğurlanıb.

Tərtər Rayon Polis Şöbəsi (RPŞ) və Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Səbuhi Əliyev və Xalid Tağıyev tutulublar. Onların Soğanverdilər, Şahvəlilər, Xanərəb, Dəymədağlı, Hacalı-2, Mehdixanlı və Tağılar kəndələri ərazilərindəki subartezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi