Tərtərdə 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Tərtərdə 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb - YENİLƏNİB Tərtər rayonunda avtomobilin vurduğu 6 yaşlı uşaq xəstəxanada ölüb.
Hadisə
20 Avqust , 2019 14:07
Tərtərdə 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb - YENİLƏNİB

Tərtər rayonunda avtomobilin vurduğu 6 yaşlı uşaq xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini Mahir Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Pünhan Sadıqovu vurub. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.


*** 9:23

Tərtər rayonunda 6 yaşlı uşağı avtomobil vurub.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, rayon sakini Mahir Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Pünhan Sadıqovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi