Yeni ildə Tərtərdə 18 yaşlı gənc öldürülüb, cinayət işi başlanılıb.
Bu barədə "Report"a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Fuad Quluzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Tərtərdə 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.