Tərtərdə 1 nəfəri öldürüb digərini özünü asmağa məcbur edən şəxsin adı məlum olub

Tərtərdə 1 nəfəri öldürüb digərini özünü asmağa məcbur edən şəxsin adı məlum olub Tərtər rayonunda bir nəfəri öldürüb digərini özünü asmağa məcbur edən şəxsin adı məlum olub.
Hadisə
200
1 May , 2019 17:53
Tərtərdə 1 nəfəri öldürüb digərini özünü asmağa məcbur edən şəxsin adı məlum olub

Tərtər rayonunda bir nəfəri öldürüb digərini özünü asmağa məcbur edən şəxsin adı məlum olub.

Tərtər Rayon Polis Şöbəsindən "Report"un Qarabağ mərkəzinə verilən məlumata görə, aprelin 26-da Tərtər şəhərinin Ədalət Paşayev küçəsi, bina 8, mənzil 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Cavid Faiq oğlu Məmmədlinin şəhərin Vüqar Həsənov küçəsindəki ağacdan asılı vəziyyətdə meyiti aşkar edilib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyinə əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri olmadığı üçün baş verən hadisə intihar kimi qiymətləndirilib. 

Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində C.Məmmədlinin ölümünün səbəbinin intihar yox, qətl olması ilə bağlı müəyyən şübhələr yaranıb. Şübhələr isə meyitin asıldığı kəndirin ağacın nisbətən hündür qoluna bağlanması və bu işi görmək üçün ağaca çıxmaq zərurəti ilə bağlı olub. Lakin ağacın qoluna kəndiri bağlamaq üçün çıxan adamın barmaq və ayaq izlər mərhuma aid olmayıb. 

Buna görə də meyitin dərisindən nümunə götürülərək Bakıya göndərilib. Bakıda laboratoriya müayinəsindən sonra hadisənin qətl olması ilə bağlı şübhələr özünü doğruldub. Meyitin bədəninin müxtəlif nahiyələrində - yanağında, boğazında və sağ əlində naməlum barmaq izləri aşkar edilib. Həmin barmaq izlərinin və ağacda kəndiri asan zaman düşən barmaq izlərinin eyni şəxsə aid olduğu müəyyən edilib.  

Əməliyyat-axtarış tədbirlərindən sonra hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu, 1980-ci il təvəllüdlü Nuru Fərman oğlu Allahverdiyev saxlanılıb. 

Saxlanılan şəxsin dindirlməsi zamanı daha bir qətl törətməsi də məlum olub. 

Belə ki, N.Allahverdiyev ötən ilin noyabr ayında yaşadığı evdə əlləri və ayaqları bağlanılaraq çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilmiş Rəşad Nərimanlının qatili olduğunu etiraf edib. 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi