Tərtərdə 1 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb

Tərtərdə 1 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 17-də Tərtər rayonunun Seydimli kəndi ərazisində mina tapılıb.
Hadisə
18 Dekabr , 2018 00:17
Tərtərdə 1 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb

Bakı. 18 dekabr. REPORT.AZ/ Dekabrın 17-də Tərtər rayonunun Seydimli kəndi ərazisində mina tapılıb.

“Report” xəbər verir ki, bu zaman ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Tərtər-Goranboy avtomobil yolunun kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62) (tərkibində heç bir partladıcı olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minasının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Daha əvvəl Ağcabədidə tank əleyhinə mina tapılıb.

Son xəbərlər

Orphus sistemi