​Tərtər və Füzulidə 4 ədəd partlamamış hərbi sursat aşkar edilib

​Tərtər və Füzulidə 4 ədəd partlamamış hərbi sursat aşkar edilib Onlardan ikisi piyada əleyhinə minadır
Hadisə
14 İyun , 2016 22:41
​Tərtər və Füzulidə 4 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli, Ağdam və Tərtər rayonlarında aşkarlanmış partlamamış hərbi sursatlar barədə hesabat yayıb.

Agentlikdən "Report"a verilən məlumata görə, iyunun 14-də 4 ev və həyətyanı sahə, 7 əkin sahəsi, 28 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi) aşkar olunaraq götürülüb və 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib, zəruri təhlükəsizlik tədbirləri görülüb və gün ərzində 56 270 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 əkin və 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi – 4 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik OF-56 top mərmisi) aşkar edilib, nəticə etibarı ilə 25 000 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Cəmi: 4 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 11 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 122 mm-lik OF-56 top mərmisi) aşkar edilib, nəticə etibarı ilə 35 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi – 1 əkin sahəsində (Qarqar çayının sahili) 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 2 000 kv. m ərazi yoxlanılıb. Aşkar olunmuş minanın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.

Qaradağlı kəndi – 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 17 000 kv. m ərazi yoxlanılıb.

Cəmi:3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd PMN-E piyada əleyhinə mina aşkar olunaraq işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 19 000 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Qazaxlar kəndi - 1 əkin sahəsində 12 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 630 kv. m ərazi yoxlanılıb.

Horadiz şəhəri – 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 640 kv. m ərazi yoxlanılıb.

Cəmi:3 əkin sahəsində 14 partlayış yeri aşkar edilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 270 kv. m ərazi təmizlənib.

Son xəbərlər

Orphus sistemi