Bakı. 7 yanvar. REPORT.AZ/ Bu gün Bakı
"Report" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.