Tərtər sakini keçmiş arvadı ilə birgə yaşayan kişini qətlə yetirib

Tərtər sakini keçmiş arvadı ilə birgə yaşayan kişini qətlə yetirib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
20 Dekabr , 2016 09:37
Tərtər sakini keçmiş arvadı ilə birgə yaşayan kişini qətlə yetirib

Bakı. 20 dekabr. REPORT.AZ/ Tərtər rayonunda qətl hadisəsi törədilib.

Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, Tərtər rayon sakini Hüseynov Vüqar Sabir oğlu mübahisə zəminində 35 yaşlı Tanrıverdiyev Qaraxan Rövşən oğluna iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Belə ki, V. Hüseynov bir müddət əvvəl arvadı Cəmilə Əhmədovadan ayrılıb. Bundan sonra C.Əhmədova Q.Tanrıverdiyevlə birlikdə ər-arvad kimi yaşayıb. Keçmiş arvadını qısqanan V.Hüseynov Q.Tanrıverdiyev və C.Əhmədovanın birgə kirayədə yaşadığı evə gələrək mübahisə edib və nəticədə qətl hadisəsini törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi