Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub

Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 27 may tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya tox
Hadisə
27 May , 2023 18:22
Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub

Tərtərdə partlayışda xəsarət alan şəxsin barmaqları amputasiya olunub.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

Son xəbərlər

Orphus sistemi