Yuxarı
    Bağlamaq

    ​Tərtərdə ağır yol qəzası baş verib, 2 nəfər yaralanıb

    Yaralılardan birinin vəziyyəti ağırdır

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Tərtər rayonunda 2 nəfərin xəsarət alması və 4 iribuynuzlu heyvanın tələf olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində qeydə alınıb.

    İlham Qənbərovun idarə etdiyi "Qazel" markalı yük avtomobili idarəetməni itirərək aşıb. Qəza zamanı sürücü və avtomobildə olan qadın sərnişin ağır bədən xəsarətləri alıb. Maşının yük yerində olan 4 iribuynuzlu heyvan isə ölüb.

    Qəzada xəsarət alan 65 yaşlı Məryəm Aslanovanın vəziyyəti ağır olduğu ücün, o, Bərdə Rayon Mərkəzi Xəstəxansına göndərilib. Həkimlərin sözlərinə görə, Reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağırdır. Sürücünün yüngül bədən xəsarətləri aldığı bildirir.

    Faktla bağlı rayon polisində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi