Tərtər polisi "Aşura" mərasimində iştirak edən 9 nəfəri cərimələdi

Tərtər polisi "Aşura" mərasimində iştirak edən 9 nəfəri cərimələdi Tərtədə "Aşura" mərasimində iştirak edənlər saxlanılıb.
Hadisə
30 Avqust , 2020 14:42
Tərtər polisi Aşura mərasimində iştirak edən 9 nəfəri cərimələdi

Tərtədə "Aşura" mərasimində iştirak edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Tərtər şəhəri ərazisində yerləşən məsciddə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 9 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi