İSESKO-nun Baş direktoru: "Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır və onu İslamla əlaqələndirmək istəyirlər"

İSESKO-nun Baş direktoru: "Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır və onu İslamla əlaqələndirmək istəyirlər" Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır. Son illər İslamı terrorla əlaqələndirmək meyli var. Bu İslama təhqirdir
Hadisə
2 May , 2019 15:38
İSESKO-nun Baş direktoru: Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır və onu İslamla əlaqələndirmək istəyirlər

"Terrorizmin arxasında müxtəlif qüvvələr dayanır. Son illər İslamı terrorla əlaqələndirmək meyli var. Bu İslama təhqirdir"

"Report" xəbər verir ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş direktoru Əbdüləziz Osman Əl-Tuveycri V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda keçirilən iclasda deyib.

O bildirib ki, İslam sülh, bərabərlik və insan ləyaqətinin qorunmasına xidmət edən dindir: "Siz İslamı terrorizmlə necə əlaqələndirə bilərsiniz?! Biz heç də heç vaxt siyasətçilərə əmin ola bilmərik. Onların bəziləri öz gündəminə uyğun hərəkət edirlər. Əfsuslar olsun ki bu, BMT nizamnaməsinə ziddir. Bu gün dünyanın bir çox şəhərlərində insanlar öldürülür. Onlar məcbur edilir ki, öz şəhərlərindən köçsünlər. Əgər siz miqrasiyanın qarşısını almaq istəyirsinizsə, ölkələrin inkişafına dəstək verməlisiniz. Dünyanın aparıcı dövlətlərinin bu problemləri həll etməyə gücü var".

Baş direktor əlavə edib ki, bu gün müxtəlif stereotiplər yaranır və onlar nifrəti təbliğ edirlər: "Biz bunların qarşısını almağa çalışmalıyıq. Biz gəmiyə nəzarət etməliyik. Bəzi dəlisov liderlər var ki, onlar bəşəriyyəti ixtilafa aparırlar. Liviyada insanlar öldürülür. Niyə görə biz bunu seyr etməliyik?! Əgər əmin-amanlıq çərçivəsində yaşamaq istəyiriksə, biz bunun qarşısını vaxtında almalıyıq".

Son xəbərlər

Orphus sistemi